PRAKTİK TƏCRÜBƏ

-   Ayağınızda aşagıdakı əlamətləri hiss edirsiniz?

- Ayaqlarda şişkinlik, baldır nahiyəsində ağırlıq hissi, aşağı ətraflarda göynəmə, qaşınma, ayaqlarda hissiyatın azalması, keçici axsaqlığın olması, ayaqların tez yorulması, tez-tez üşüməsi, gecə vaxtı ağrıların artması...

- Bu simptomlar  müalicəyə çətin tabe olan trofik xoranın başlanğıc əlamətləri ola bilər (ona görə belə simptomları olan insanlar mütləq həkimə müraciət etməlidir)! 

- Bəs trofik xora haqda məlumatınız varmı? 

- Onu yaradan səbəbləri bilirsinizmi?

 

Trofik xora - sərbəst nozologiya deyil, o, bir sıra xəstəliklərin fəsadlaşması nəticəsində aşağı ətraflarda formalaşan patoloji proses olub, dərinin və yumşaq toxumaların trofik defektidir. 

Trofik xoraların yaranma səbəbləri:

- Arterial  damar şəbəkəsinin problemləri (ateroskleroz, stenoz, okklüziya, 

obliterasiyaedici trombangiit, xroniki arterial çatışmazlıq)

- Venoz problemlər (varikoz, tromboflebit, tromboz, xroniki venoz çatışmazlıq )

- Şəkərli diabetin gecikmiş fəsadları (diabetik angiopatiya, diabetik neyropatiya, osteoartropatiya). Diabetik pəncə.

- Neyrogen mənşəli (baş beyin və onurğa beyin travmaları, neyropatiyalar), autoimmun xəstəliklər, infeksion mənşəli  və. s.

Aşağı ətraf arteriyalarının aterosklerozu

Simptomlar: Ayaqlarda keyləşmə, üşümə hissi, tutmaşəkilli yandırıcı  ağrılar, ayaqlarda gücsüzlük, tez yorulma, fasiləli axsama, horizontal vəziyyətdə ağrıların güclənməsi, aşağı ətraflarda baldırların lateral nahiyələrində tüklərin tökülməsi.

Diabetik polineyropatiyalar

Simptomlar: pəncələrdə yanğı (yanar pəncə sindromu), pəncə və baldırlarda hissiyyatsızlıq (corab şəklində), aşağı ətraflarda zəiflik, yorğunluq hissi,  tutmaşəkilli kəsici ağrılar, təmasa, istiyə, soyuğa qarşı, eləcə də dərin hissi-yatın itməsi, quru dəri və şişkinlik. Proses dərinləşdikcə trofik xora əmələ gəlir.

Varikoz-tromboflebit-tromboz: aşağı ətraf venalarında tromboflebitlərin yaranması və proses davam edərsə trombların damar mənfəzini tıxayaraq, venoz qan dövranının pozulması ilə müşayiət olunan bir simptomo-kompleksdir.

Venoz damar sistemi xəstəlikləri

Simptomlar: uzun müddət ayaq üstə durduqda ayaqlarda ağırlıq hissi,axşamlar ayaqlarda qıcolmalar, gözlə görünən varikoz genəlmiş venalar,şişkinlik, piqmentasiya və daxili topuqların dərisində trofik dəyişikliklər

Müalicə

Müasir tibbin inkişafına baxmayaraq, trofik xoranın müalicəsi bu günə qədər həll olunmaz məsələlərdən biridir və əksər hallarda bu xəstələr amputasiyaya məruz qalır. Bioloji Təbabət klinikasında aparılan müalicələr həm metodika, həm dərmanların tərkib və təsiri baxımından çox fərqlidir.

Bioloji Təbabət klinikasında yüzlərlə pasientdə müxtəlif (diabetik, venoz, arterial) mənşəli trofik xoralar tam sağalmış, aşağı ətrafların amputasiya olunmasının qarşısı alınmışdır. Bioloji Təbabətin unikallığı onun orqanizmin özünümüdafiə və özünütənzimləmə sistemlərini aktivləş-dirmək, orqanizmi zərərli maddələrdən azad etməklə müalicə etmə mkanlarındadır. Bu müalicələr orqanizmə biotənzimləyici təsir göstərir, xəstəliyin səbəbini, inkişafını və gələcək fəsadlarını aradan qaldırır. Bioloji Təbabətə müraciət edən, ayağında xora olan pasientlərdə regenerasiyanın (yaranın sağalmasının) sürətlənməsi, qanda şəkərin və digər mühüm göstəricilərin normallaşması müşahidə olunmuş və qısa zamanda tam sağalma əldə olunmuşdur. Müalicədə müxtəlif ixtisaslı həkimlər iştirak edir: terapevt, endokrinoloq, nutrisioloq-dietoloq, cərrah.

 

XƏBƏRLƏR

> TROMBOFLEBİT ORQANİZMDƏ GİZLİ BOMBADIR, HƏR AN PARTLAYA...
Tromboflebit həm kişi, həm qadınlarda rast gəlinən venoz damar problemidir. O, iltihabı proses olu...
> ŞƏKƏR XƏSTƏLƏRİNİN AYAĞININ KƏSİLMƏSİNƏ SON
"Bu ayaq kəsilməlidir” dedilər, Bioloji Təbabət klinikası pasiyenti amputasiyadan xilas etdi "Art...
> TROFİK XORANIN MÜALİCƏSİ
-   Ayağınızda aşagıdakı əlamətləri hiss edirsiniz? - Ayaqlarda şişkinlik, baldır nahiyəsində ağı...
Diabetik ayaq
Diabetik ayaq nədir? Diyabetik ayak, şəkərli diabetə bağlı ayaklarda sinir, damar zədənməsi ve immu...
Ayaqlardakı şişkinliyin səbəbləri nələrdir?
AYAQLARDAKI ŞİŞKİNLİYİN QARŞISINI NECƏ ALA BİLƏRƏM ?Ayaqlarda şişkinlik və ya ödem - geniş yayılmış ...

HƏR BİR DİABET XƏSTƏSİNİN QARŞILACAĞI DƏHŞƏTLİ AN: QANQRENANIN MÜALİCƏSİ VARMI?

Yüzlərlə ayağı amputasiyadan xilas edən həkimdən ilginc açıqlamalar