ƏSAS SƏHİFƏ

Diabetik pəncə sindromu

Venoz tromboz trofik xora

PASİYENT MƏMNUNLUĞU

AYAQLARDAKI ŞİŞKİNLİYİN QARŞISINI NECƏ ALA BİLƏRƏM ?

Ayaqlarda şişkinlik və ya ödem - geniş yayılmış bir problemdir. Bu problemin səbəbləri, müalicəsi, profilaktikası barədə əsas məlumatları bilmək önəmlidir.

✅ ÖDEM NƏDİR?

Ödem - orqanizmdə su mübadiləsinin pozulması və mayenin miqdarının artıması nəticəsində baş verən patoloji bir vəziyyətdir.

⚠️ Bəzən ayaqlardakı şişkinliyi piylənmə ilə qarışdırırlar.

Ödem üçün xarakterikdir:

Diabetik ayaq nədir?

Diyabetik ayak, şəkərli diabetə bağlı ayaklarda sinir, damar zədənməsi ve immun sistem zəifləməsinə bağlı ayaklarda çətin sağlıklı yaraların, qanqrenaların ve ciddi mikrob infeksiyalarının əmələ gəlməsi ilə gedən xəst əliyidir.

Hansı ayak yaraları daha sağlıklı mı?
Normal, sağlam dərinin 1 sm2–ind mikro organizasyon sayınız 10 000 dən artıdır. Bunun əsas hissəsini stafilokokus aureus, stafilokokus epidermidis ve streptokoklar təşkil edir. Bu bakteriyalar ciddi enfeksiyona neden olur. Amma sağlamdır ve diğer bakterilerin “imkan veremez” olma özelliğini taşır.

Ayaqda infeksiya ortaya çıkan çıxıbsa, demək ki, dəridə mütləq bir giriş kapısı vardır. Ayaq dərisindəki çox kiçik bir zədələnmə, göbələk, infeksiya, dırnaq yarası, hətta ən küçük çatlaklar belə bakteriyaların tamlığı pozlanmış dəridən bədənə daxil olaraq çox ciddi ayaq infeksiyasının əmələgəl məsinə səbəb ola bilər.

Buna görə şəkər xəstələrinin ayağındakı hər yaralıdır.

-   Ayağınızda aşagıdakı əlamətləri hiss edirsiniz?

- Ayaqlarda şişkinlik, baldır nahiyəsində ağırlıq hissi, aşağı ətraflarda göynəmə, qaşınma, ayaqlarda hissiyatın azalması, keçici axsaqlığın olması, ayaqların tez yorulması, tez-tez üşüməsi, gecə vaxtı ağrıların artması...

- Bu simptomlar  müalicəyə çətin tabe olan trofik xoranın başlanğıc əlamətləri ola bilər (ona görə belə simptomları olan insanlar mütləq həkimə müraciət etməlidir)! 

- Bəs trofik xora haqda məlumatınız varmı? 

- Onu yaradan səbəbləri bilirsinizmi?

 

Trofik xora - sərbəst nozologiya deyil, o, bir sıra xəstəliklərin fəsadlaşması nəticəsində aşağı ətraflarda formalaşan patoloji proses olub, dərinin və yumşaq toxumaların trofik defektidir. 

Trofik xoraların yaranma səbəbləri:

- Arterial  damar şəbəkəsinin problemləri (ateroskleroz, stenoz, okklüziya, 

obliterasiyaedici trombangiit, xroniki arterial çatışmazlıq)

- Venoz problemlər (varikoz, tromboflebit, tromboz, xroniki venoz çatışmazlıq )

- Şəkərli diabetin gecikmiş fəsadları (diabetik angiopatiya, diabetik neyropatiya, osteoartropatiya). Diabetik pəncə.

- Neyrogen mənşəli (baş beyin və onurğa beyin travmaları, neyropatiyalar), autoimmun xəstəliklər, infeksion mənşəli  və. s.

Aşağı ətraf arteriyalarının aterosklerozu

Simptomlar: Ayaqlarda keyləşmə, üşümə hissi, tutmaşəkilli yandırıcı  ağrılar, ayaqlarda gücsüzlük, tez yorulma, fasiləli axsama, horizontal vəziyyətdə ağrıların güclənməsi, aşağı ətraflarda baldırların lateral nahiyələrində tüklərin tökülməsi.

Diabetik polineyropatiyalar

Simptomlar: pəncələrdə yanğı (yanar pəncə sindromu), pəncə və baldırlarda hissiyyatsızlıq (corab şəklində), aşağı ətraflarda zəiflik, yorğunluq hissi,  tutmaşəkilli kəsici ağrılar, təmasa, istiyə, soyuğa qarşı, eləcə də dərin hissi-yatın itməsi, quru dəri və şişkinlik. Proses dərinləşdikcə trofik xora əmələ gəlir.

Varikoz-tromboflebit-tromboz: aşağı ətraf venalarında tromboflebitlərin yaranması və proses davam edərsə trombların damar mənfəzini tıxayaraq, venoz qan dövranının pozulması ilə müşayiət olunan bir simptomo-kompleksdir.

Venoz damar sistemi xəstəlikləri

Simptomlar: uzun müddət ayaq üstə durduqda ayaqlarda ağırlıq hissi,axşamlar ayaqlarda qıcolmalar, gözlə görünən varikoz genəlmiş venalar,şişkinlik, piqmentasiya və daxili topuqların dərisində trofik dəyişikliklər

Müalicə

Müasir tibbin inkişafına baxmayaraq, trofik xoranın müalicəsi bu günə qədər həll olunmaz məsələlərdən biridir və əksər hallarda bu xəstələr amputasiyaya məruz qalır. Bioloji Təbabət klinikasında aparılan müalicələr həm metodika, həm dərmanların tərkib və təsiri baxımından çox fərqlidir.

Bioloji Təbabət klinikasında yüzlərlə pasientdə müxtəlif (diabetik, venoz, arterial) mənşəli trofik xoralar tam sağalmış, aşağı ətrafların amputasiya olunmasının qarşısı alınmışdır. Bioloji Təbabətin unikallığı onun orqanizmin özünümüdafiə və özünütənzimləmə sistemlərini aktivləş-dirmək, orqanizmi zərərli maddələrdən azad etməklə müalicə etmə mkanlarındadır. Bu müalicələr orqanizmə biotənzimləyici təsir göstərir, xəstəliyin səbəbini, inkişafını və gələcək fəsadlarını aradan qaldırır. Bioloji Təbabətə müraciət edən, ayağında xora olan pasientlərdə regenerasiyanın (yaranın sağalmasının) sürətlənməsi, qanda şəkərin və digər mühüm göstəricilərin normallaşması müşahidə olunmuş və qısa zamanda tam sağalma əldə olunmuşdur. Müalicədə müxtəlif ixtisaslı həkimlər iştirak edir: terapevt, endokrinoloq, nutrisioloq-dietoloq, cərrah.

 

"Bu ayaq kəsilməlidir” dedilər, Bioloji Təbabət klinikası pasiyenti amputasiyadan xilas etdi

"Artıq bir neçə ildir ki, yüzlərlə xəstə üzərində aparılmış bioloji tənzimləyici müalicə nəticəsində ən müxtəlif və ağır dərəcəli trofik xoralar sağaldılır, xəstələrin aşağı ətraflarının amputasiyasının qarşısı alınır. Hətta bir neçə yerdə "bu ayağa çarə yoxdur, gecikmisiniz, təcili kəsilməlidir” diaqnozu qoyulan xəstələr son anda Bioloji Təbabət klinikasına üz tutub və davamlı və fərqli müalicə üsulları ilə sağlamlığına qovuşub”.

Bu sözləri Medicina.az-a açıqlamasında  Bioloji Təbabət klinikasının terapevti Arzu Musayeva deyib. O, ağırlıq dərəcəsi 90%-ə çatsa belə, pasiyentləri müayinə və müalicəyə götürdüyünü bildirib. Biotənzimləyici metodlara əmin olduğundan, hətta ağır fəsadlarda belə pasiyentlərə imtina etmədiyini qeyd edən həkim bu müalicənin özəlliyini belə izah edib:

"Bizim klinikada diabetik ayaq, venoz, arterial mənşəli ağır trofik yaralar bioloji metodlarla tam regenerasiya olmuş, xəstənin ayağının və ya barmaqlarının amputasiyasının qarşısı tam alınmışdır. Biotənzimləyici təbabətin unikallığı onun orqanizmin özünümüdafiə və özünütənzimləmə sistemlərini aktivləşdirməsində, orqanizmi zərərli maddələrdən, toksinlərdən təmizləməsindədir. 

Bizim istifadə etdiyimiz dərmanlar NANO dozada olduğu üçün birbaşa hüceyrəyə təsir edir, zədələnmiş hüceyrələrə daxil olur, onu qısa müddətdə bərpa edir. Bu dərmanlar toxumalarda toplanmır, heç bir zərər vermir. Diabetik xoralarda biotənzimləyici terapiya zamanı qanda şəkərin normallaşması da müşahidə olunur. Qısa zamanda xəstələrdə tam sağalma əldə olunur, xəstələr normal iş və həyatına qayıdır. Bir həkim olaraq xəstələri amputasiyadan xilas etdiyimiz üçün əlbəttə ki, sevinirəm”

Tromboflebit həm kişi, həm qadınlarda rast gəlinən venoz damar problemidir. O, iltihabı proses olub, venoz damarların keçiriciliyinin tutulması, qan qatılaşması və trombla tıxanmasıdır. 

Tromboflebitə həm dəri altında görünən venalar, həm də daha dərin, əzələ qatlarınd yerləşən iri venalar məruz qala bilir. Daha çox aşağı ətraflarda rast gəlinir.

Əsas simptomları: Əllə basdıqda və ya qəflətən ayaqların önü və arxasında əzələlərin bərk ağrıması, bədənin hərarətinin qalxması, ayaqlarda şişkinlik, gözaltında torbalar, iri tromblar varsa, damarların düyünlənib, ağırlaşıb, göyərməsi və çıxması. 

 

Səbəbləri

Yaranma səbəbləri müxtəlifdir. Əsas infeksiyaların damara yol tapıb keçməsi ilə bağlıdır. Bu da çox zaman venaya inyeksiya, sistem zamanı baş  verir. 

 

İkinci səbəb ürək damar, şəkərli diabet səbəbindən qan qatılaşmasının baş verməsidir. Aspirin, trombas kimi dərmanları uzun müddət qəbul edib, birdən saxladıqda da qan qatılaşıb, tromb əmələ gətirir. Amma ən geniş yayılmış səbəbi varikoz genişlənmədə venaların normal qan keçiriciliyinin pozulmasıdır.

Varikoz insanda müxtəlif səbəblərdən, peşə vərdişi ilə bağlı yaranır. Həmçinin xəstəliyin genetik kökləri də vardır. 

 

Diaqnoz

Həkim elə vizual müayinə ilə ayaqlarda olan xarici dəyişikliklərdən, nahamarlıq, istilik-soyuqluq, göyərmə, qızarma əlamətlərindən tromboflebit diaqnozunu qoya bilir. Tromb olan yerlərdə bərkimə, ağrılar, qabarıqlıq görünür. 

Dəqiq müayinə üçün aşağı ətrafların USM- dopleri, fleboqrafiya aparılır, həmçinin qanın qatılaşması  ilə bağlı qan analizi verilir. 

 

Müalicəsi

Xəstəliyin dərəcəsindən asılı olaraq dərman və cərrahi yolladır. Xəstələrə müalicə ərəfəsində ciddi yataq rejimi təyin olunur, ayaqlar bir qədər yuxarı qaldırılmış formada olmalıdır, sərt hərəkətlərə yol verilmir. Damar keçiriciliyini artırmaq və qanın qatılığını azaltmaq üçün antikoaqulyantlar təyin olunur. Yerli olaraq heoarin və iltihab əleyhinə mazlar çəkilir. Əgər infeksiya təsdiqlənərsə, antibiotik təyin olunur. 

Cərrahi müdaxilə də prosesi stabilləşdirdikdən sonra aparılır. Trombun qopmasına risk yoxdursa, iltihabı proses səngiyibsə, venalarda əməliyyat olunaraq, tromb götürülür.  

Xəstə üçün ən böyük risk

Tromboflebit müalicə olunmadıqda, ağciyər arteriyalarının tromboemboliyası baş verir ki, nəticədə ürək-tənəffüs çatışmazlığı yaranır. Bu  hal gec aşkar olunduqda, xəstə üçün letal sonluqla bitə bilər. 

Tromblar çox və iridirsə, venalar ilə yuxarı doğru hərəkət edib, qopub, orqanlara düşə bilər.

Ciddi ürək, tənəffüs, qan dövranı problemləri yaradır. 

Əbəs yerə tromboflebitə asta və gizli hərəkət edən bomba demirlər. Əgər vaxtında, tez müalicə olunmasa, sabah ağır vəziyyətdə reanimasiyaya düşə bilərsiz. Hətta gecə qəfildən ölüm də baş verə bilər.

Bioloji Təbabət klinikasının Aşağı ətrafların xoraları və problemləri ilə məşğul olan şöbənin həkimi, terapevt Arzu Musayeva artıq illərdir tromboflebit, tromboz, varikoz kimi damar və tromb problemlərinin  cərrahi əməliyyata ehtiyac olmada, bioloji təbabət metodları, preparatları, ozonterapiya ilə uğurla müalicə etdiklərini bildirdi. 

"Bioloji təbabətlə aparılan müalicələrdə yan təsirlər, əks göstərişlər, adət etmə və ləğv etmə sindromu olmadığı üçün xəstələrdə o preparatları tam sağalana kimi uzun müddət tətbiq etmək mümkündür. 

Müxtəlif metodikalar tətbiq edirik. İlk növbədə illərlə yığılan zəhər və toksinlərdən orqanizmin drenaj detoksikasiya ilə təmizlənməsi, aşağı ətrafların arterial –venoz damar təchizatını artırmaq üçün bioloji aktiv nöqtələrə preparatların yeridilməsi tətbiq olunur. Tromboflebitə səbəb olan iltihabı proses və infeksiyalar nəzarətə alınır, immunitet səfərbər olunur. 

Trofik xoraların və tromboflebitin müalicəsi Bioloji təbabətin protokolları üzrə aparılır. Belə deyək bizim öz xüsusi qaydalarımız var. Burda təkcə yerli müalicə yox, həmin xoranı yaradan, formalaşdıran daha dərin amillərin patogenetik müalicəsinə yönəlirik”. 

XƏBƏRLƏR

> TROMBOFLEBİT ORQANİZMDƏ GİZLİ BOMBADIR, HƏR AN PARTLAYA...
Tromboflebit həm kişi, həm qadınlarda rast gəlinən venoz damar problemidir. O, iltihabı proses olu...
> ŞƏKƏR XƏSTƏLƏRİNİN AYAĞININ KƏSİLMƏSİNƏ SON
"Bu ayaq kəsilməlidir” dedilər, Bioloji Təbabət klinikası pasiyenti amputasiyadan xilas etdi "Art...
> TROFİK XORANIN MÜALİCƏSİ
-   Ayağınızda aşagıdakı əlamətləri hiss edirsiniz? - Ayaqlarda şişkinlik, baldır nahiyəsində ağı...
Diabetik ayaq
Diabetik ayaq nədir? Diyabetik ayak, şəkərli diabetə bağlı ayaklarda sinir, damar zədənməsi ve immu...
Ayaqlardakı şişkinliyin səbəbləri nələrdir?
AYAQLARDAKI ŞİŞKİNLİYİN QARŞISINI NECƏ ALA BİLƏRƏM ?Ayaqlarda şişkinlik və ya ödem - geniş yayılmış ...

HƏR BİR DİABET XƏSTƏSİNİN QARŞILACAĞI DƏHŞƏTLİ AN: QANQRENANIN MÜALİCƏSİ VARMI?

Yüzlərlə ayağı amputasiyadan xilas edən həkimdən ilginc açıqlamalar