- Ayağınızda aşagıdakı əlamətləri hiss edirsiniz?
- Ayaqlarda şişkinlik, baldır nahiyəsində ağırlıq hissi, aşağı ətraflarda göynəmə, qaşınma, ayaqlarda hissiyatın azalması, keçici axsaqlığın olması, ayaqların tez yorulması, tez-tez üşüməsi, gecə vaxtı ağrıların artması...
- Bu simptomlar müalicəyə çətin tabe olan trofik xoranın başlanğıc əlamətləri ola bilər (ona görə belə simptomları olan insanlar mütləq həkimə müraciət etməlidir)!
- Bəs trofik xora haqda məlumatınız varmı?
- Onu yaradan səbəbləri bilirsinizmi?
Trofik xora - sərbəst nozologiya deyil, o, bir sıra xəstəliklərin fəsadlaşması nəticəsində aşağı ətraflarda formalaşan patoloji proses olub, dərinin və yumşaq toxumaların trofik defektidir.
Trofik xoraların yaranma səbəbləri:
- Arterial damar şəbəkəsinin problemləri (ateroskleroz, stenoz, okklüziya,
obliterasiyaedici trombangiit, xroniki arterial çatışmazlıq)
- Venoz problemlər (varikoz, tromboflebit, tromboz, xroniki venoz çatışmazlıq )
- Şəkərli diabetin gecikmiş fəsadları (diabetik angiopatiya, diabetik neyropatiya, osteoartropatiya). Diabetik pəncə.
- Neyrogen mənşəli (baş beyin və onurğa beyin travmaları, neyropatiyalar), autoimmun xəstəliklər, infeksion mənşəli və. s.
Aşağı ətraf arteriyalarının aterosklerozu
Simptomlar: Ayaqlarda keyləşmə, üşümə hissi, tutmaşəkilli yandırıcı ağrılar, ayaqlarda gücsüzlük, tez yorulma, fasiləli axsama, horizontal vəziyyətdə ağrıların güclənməsi, aşağı ətraflarda baldırların lateral nahiyələrində tüklərin tökülməsi.
Diabetik polineyropatiyalar
Simptomlar: pəncələrdə yanğı (yanar pəncə sindromu), pəncə və baldırlarda hissiyyatsızlıq (corab şəklində), aşağı ətraflarda zəiflik, yorğunluq hissi, tutmaşəkilli kəsici ağrılar, təmasa, istiyə, soyuğa qarşı, eləcə də dərin hissi-yatın itməsi, quru dəri və şişkinlik. Proses dərinləşdikcə trofik xora əmələ gəlir.
Varikoz-tromboflebit-tromboz: aşağı ətraf venalarında tromboflebitlərin yaranması və proses davam edərsə trombların damar mənfəzini tıxayaraq, venoz qan dövranının pozulması ilə müşayiət olunan bir simptomo-kompleksdir.
Venoz damar sistemi xəstəlikləri
Simptomlar: uzun müddət ayaq üstə durduqda ayaqlarda ağırlıq hissi,axşamlar ayaqlarda qıcolmalar, gözlə görünən varikoz genəlmiş venalar,şişkinlik, piqmentasiya və daxili topuqların dərisində trofik dəyişikliklər
Müalicə
Müasir tibbin inkişafına baxmayaraq, trofik xoranın müalicəsi bu günə qədər həll olunmaz məsələlərdən biridir və əksər hallarda bu xəstələr amputasiyaya məruz qalır. Bioloji Təbabət klinikasında aparılan müalicələr həm metodika, həm dərmanların tərkib və təsiri baxımından çox fərqlidir.
Bioloji Təbabət klinikasında yüzlərlə pasientdə müxtəlif (diabetik, venoz, arterial) mənşəli trofik xoralar tam sağalmış, aşağı ətrafların amputasiya olunmasının qarşısı alınmışdır. Bioloji Təbabətin unikallığı onun orqanizmin özünümüdafiə və özünütənzimləmə sistemlərini aktivləş-dirmək, orqanizmi zərərli maddələrdən azad etməklə müalicə etmə mkanlarındadır. Bu müalicələr orqanizmə biotənzimləyici təsir göstərir, xəstəliyin səbəbini, inkişafını və gələcək fəsadlarını aradan qaldırır. Bioloji Təbabətə müraciət edən, ayağında xora olan pasientlərdə regenerasiyanın (yaranın sağalmasının) sürətlənməsi, qanda şəkərin və digər mühüm göstəricilərin normallaşması müşahidə olunmuş və qısa zamanda tam sağalma əldə olunmuşdur. Müalicədə müxtəlif ixtisaslı həkimlər iştirak edir: terapevt, endokrinoloq, nutrisioloq-dietoloq, cərrah.