"Bu ayaq kəsilməlidir” dedilər, Bioloji Təbabət klinikası pasiyenti amputasiyadan xilas etdi
"Artıq bir neçə ildir ki, yüzlərlə xəstə üzərində aparılmış bioloji tənzimləyici müalicə nəticəsində ən müxtəlif və ağır dərəcəli trofik xoralar sağaldılır, xəstələrin aşağı ətraflarının amputasiyasının qarşısı alınır. Hətta bir neçə yerdə "bu ayağa çarə yoxdur, gecikmisiniz, təcili kəsilməlidir” diaqnozu qoyulan xəstələr son anda Bioloji Təbabət klinikasına üz tutub və davamlı və fərqli müalicə üsulları ilə sağlamlığına qovuşub”.
Tromboflebit həm kişi, həm qadınlarda rast gəlinən venoz damar problemidir. O, iltihabı proses olub, venoz damarların keçiriciliyinin tutulması, qan qatılaşması və trombla tıxanmasıdır.
Tromboflebitə həm dəri altında görünən venalar, həm də daha dərin, əzələ qatlarınd yerləşən iri venalar məruz qala bilir. Daha çox aşağı ətraflarda rast gəlinir.
Əsas simptomları: Əllə basdıqda və ya qəflətən ayaqların önü və arxasında əzələlərin bərk ağrıması, bədənin hərarətinin qalxması
Ayağınızda aşagıdakı əlamətləri hiss edirsiniz? Ayaqlarda şişkinlik, baldır nahiyəsində ağırlıq hissi, aşağı ətraflarda göynəmə, qaşınma, ayaqlarda hissiyatın azalması, keçici axsaqlığın olması, ayaqların tez yorulması, tez-tez üşüməsi, gecə vaxtı ağrıların artması...
Bu simptomlar müalicəyə çətin tabe olan trofik xoranın başlanğıc əlamətləri ola bilər (ona görə belə simptomları olan insanlar mütləq həkimə müraciət etməlidir)! Bəs trofik xora haqda məlumatınız varmı?